1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Karikari 8 minə gedir
"Neftçi"nin futbolçusu Kvame Karikarinin Albaniya "Partizani"sinə keçidi yanvarın 7-də rəsmiləşəcək.
Sportnet.az-ın Albaniya mətbuatına istinadən məlumatına görə, bu transferdə yerli menecer Fransi Bode vasitəçilik edib. Bode daha əvvəl Sabien Lilayın "Qəbələ"yə gəlişində yardımçı olub.
Baş məşqçi Skender Qeqa qanalı oyunçuya "Partizani"yə çempionluq qazandırmağa qadir hücumçu kimi yanaşırlar. 27 yaşlı forvard mövsümün ilk yarısında "Neftçi"nin heyətində 8 oyuna 2 qol vurub. Ayda 13 min dollar əmək haqqıya rəğmən, flaqmanın əsas heyətinə düşməkdə çətinlik çəkən Karikari yeni klubundan əvvəlcə 10 min dollar istəyib. Sonradan afrikalı forvard bu məbləği vurduğu qollar üçün bonuslar da qazanacağı şərti ilə 8 minə endirib.
Paytaxt Tirananı təmsil edən "Partizani" 18 turdan sonra 37 xalla 1-ci pillədə qərarlaşıb. 10 komandalı çempionatda ikinci yeri liderdən 3 xal geri qalan "Kukesi" tutur.
Qeyd edək ki, Kvame Karikari indiyədək İsveç, Türkiyə, Norveç, Ukrayna və Qətər klublarında da legioner həyatı yaşayıb. O, "Neftçi"yə 2018-ci ilin yayında transfer olunub.