
"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Muntyanu Rumıniya "Konkordiya"sından istefa verib.
Sportnet.az xəbər verir ki, buna komandanın uğursuzluq zolağından çıxa bilməməsi səbəb olub. Muntyanunun 2018-ci ilin sentyabrında baş məşqçi təyin olunduğu klub hazırda turnir cədvəlində 17 xalla sondan əvvəlki - 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, futbolçu kimi Rumıniya yığmasında hamıdan çox - 134 dəfə çıxış etmiş Dorinel Muntyanu məşqçilik karyerası ərzində alkoqol asılılığından qurtula bilməyib. Getdiyi komandaların əksəriyyətində uğursuzluqla üzləşən 51 yaşlı mütəxəssis "Qəbələ"də cəmi 5 ay çalışa bilib. O, 2014-cü il iyunun 14-də təyin olunduğu komandanı zəif nəticələrlə əlaqədar dekabrın 9-da tərk edib.