"Sumqayıt” baxışa iki futbolçu cəlb edib.
Sportnet.az xəbər verir ki, bu barədə "Report”a komandanın baş məşqçisi Ayxan Abbasov bildirib. O, deyib ki, Mirkamil Həşimli ilə Valeh Seyidovu sınayırlar.
Vaxtilə Türkiyənin "Fənərbağça” klubunun aşağı yaş qrupları üzrə komandalarında da çıxış edən Həşimlinin son iş yeri I Divizion təmsilçisi "Şüvəlan” olub. "Bakı”nın yetirməsi olan Seyidov isə bir müddət əvvəl Portuqaliyanın II divizionunun Şimal zonasında mübarizə aparan "Louletano”dan ayrılıb.
Qeyd edək ki, "Sumqayıt” qış fasiləsində qış fasiləsində qapıçılar - Aydın Bayramovla Rəşad Əzizlini heyətinə cəlb edib. Bundan başqa "Zirə”dən müdafiəçi Adil Nağıyevi alan "gənclik şəhəri” təmsilçisi Bəxtiyar Həsənalızadəni əks marşrutla göndərib.