"Neftçi” qış təlim-məşq toplanışının ilk mərhələsini başa vurub.
Sportnet.az xəbər verir ki, bunadək gündə iki dəfə məşqə çıxan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə ikitərəfli oyun keçirib.
"Ağ-qaralar” sabah səhər saatlarında təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yola düşəcək.
Qeyd edək ki, yanvarın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq komandamız hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Neftçi” ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.