İngiltərə Premyer Liqasının lideri "Liverpul" XXII turu qələbə ilə başa vurub.
Sportnet.az-ın məlumatına görə, Yurgen Kloppun baş məşqçi olduğu komanda səfərdə "Brayton"a qalib gəlib - 1:0. Yeganə qolu 50-ci dəqiqədə penaltidən Məhəmməd Salah vurub. Bu görüşdə baş hakim Kevin Frend oyunçuların heç birinə vərəqə göstərməyib.
Qeyd edək ki, bu qələbə sayəsində "Liverpul" xallarını 57-yə çatdıraraq, birinci pillədə möhkənlənib. "Brayton" isə 26 xalla 13-cüdür.