“Bizi çox çətin çempionat gözləyir. Rəqib bizdən 3 xal öndədir. Qış fasiləsindən sonra ilk matçımız onlara qarşıdır. Yenə çempion olmaq istəyirik. Sonuna qədər mübarizə aparacağıq. Necə olacağını Allah bilir”.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov TRT Spor-a açıqlamasında deyib. Karyerası ərzində Türkiyənin “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor” komandanlarının formasını geyinmiş 37 yaşlı müdafiəçi Türkiyə Super Liqasını yaxından izlədiyini bildirib: “Bu mövsüm “Başakşehir”in çempion olmasını istəyirəm. Abdullah Avcı və komandası buna layiqdir. Ürəkdən çempion olmalarını istəyirəm”.
Baş məşqçi Qurban Qurbanov isə mövsümün qalan bölümünə ciddi şəkildə hazırlaşdıqlarını söyləyib: “Hər şey yaxşıdır, yolundadır. Hələlik futbolçulardan tam istədiyimiz performanı ala bilməmişik. Amma zamanımız var. Düşünürəm ki, təlim-məşq toplanışının sonunda hər şey tam istədiyimiz kimi alınacaq. Mövsümün ilk dövrəsi bizim üçün çox çətin oldu. Bəlkə, ikinci yarı bundan da çətin olacaq. Futbolçular çox diqqətli olmalıdırlar”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 14 turdan sonra “Neftçi” 33 xalla liderdir. İkinci sıradakı “Qarabağ”ın isə 30 xalı var. Bu komandalar arasında növbəti oyun fevralın 3-də baş tutacaq.