Türkiyənin “Antalya” bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu daha bir yoxlama oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi İranın “Esteqlal” komandası ilə qarşılaşacaq. Görüş yanvarın 20-də olacaq.
Qeyd edək ki, “The Sense De Luxe” otelində məskunlaşan “Neftçi” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək öncədən bilinirdi. Bakılılar ayın 18-də “Qaz Metan” (Rumıniya), 23-də “Slovan” (Liberes, Çexiya), 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaqlar.