Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasını təlim-məşq toplanışı üçün heyəti və yoxlama matçlarındakı rəqibləri açıqlanıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 19-dan 31-dək Türkiyənin Antalya şəhərində baş tutacaq hazırlıq prosesinə 24 oyunçu cəlb olunub. Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv toplanış ərzində 4 yoxlama oyunu keçirəcək.
Yığma yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromso” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq. Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
| № | AD, SOYAD | KLUB |
| 1 | Nicat Mehbaliyev | Qarabağ |
| 2 | Nail Alışov | Neftçi |
| 3 | Rüstəm Samuqullin | Stroqino (Moskva, Rusiya) |
| 4 | Elnur İbrahimov | Spartak-2 (Moskva, Rusiya) |
| 5 | İbrahim Hüseynov | Qarabağ |
| 6 | Zamiq Əliyev | Qarabağ |
| 7 | Xəyal Muradov | Qəbələ |
| 8 | Rauf Hüseynli | Qarabağ |
| 9 | Rüstəm Nuriyev | Qəbələ |
| 10 | Vüsal Məsimov | Qəbələ |
| 11 | Murad Məmmədov | Səbail |
| 12 | Şakir Seyidov | Sabah |
| 13 | Rüfət Abdullazadə | Sumqayıt |
| 14 | Ruslan Qəribov | Sokol (Saratov, Rusiya) |
| 15 | İdris İnqilablı | Qəbələ |
| 16 | Turan Vəlizadə | Neftçi |
| 17 | Vüsal Əsgərov | Neftçi |
| 18 | Samir Qurbanov | Qəbələ |
| 19 | Tural Bayramov | Qarabağ |
| 20 | Elvin Talıbov | Qarabağ |
| 21 | Ismayıl Zülfüqarlı | Neftçi |
| 22 | Kamran Quliyev | Jonova (Litva) |
| 23 | Sərhad Daşdəmir | Fylde (İngiltərə) |
| 24 | Musa Qurbanlı | Qarabağ |





































































