İngiltərənin "Çelsi" klubu İtaliya "Yuventus"unun futbolçusu Qonsalo İquainlə müqavilə bağlayıb.
Sportnet.az-ın "zadəganlar"ın rəsmi saytına istinadən məlumatına görə, 31 yaşlı hücumçu ilə mövsümün sonunadək anlaşma əldə olunub. Təcrübəli oyunçu 9 nömrəli forma ilə çıxış edəcək.
Argentinalı forvard mövsümün ilk yarısını icarə əsasında "Milan"da keçirib. O, A Seriyasında 15 oyuna 6 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Qonsalo İquainin mövsümün sonunda 36 milyon avroya birdəfəlik alınması şərti ilə icarəyə götürüldüyü bildirilir.