Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” klubu baxışa yeni futbolçu cəlb edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə “Report”a paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova bildirib. O deyib ki, baş məşqçi Aftadil Hacıyev Jeison Vandemar de Lara Lonu sınayır. 22 yaşlı braziliyalı yarımmüdafiəçi “Səbail”in saat 12:00-da start götürən “Raça Sport Klub”la yoxlama matçında start heyətində yer alıb. İtaliya vətəndaşlığı da olan legionerin son klubu vətənində “Fluminense” olub.
Qeyd edək ki, serbiyalı müdafiəçi İqor Ristivoyeviç də “Səbail”də baxışdadır.