Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası yeni baş məşqçisi Milan Obradoviçin rəhbərliyi altında ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan yığma Rusiyanın “Spartak-2” kollektivi ilə qarşılaşıb. Matçda hesab açılmayıb.
Qeyd edək ki, millinin yanvarın 21-də Antalyada start götürən hazırlıq prosesi bu gün başa çatır.