Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya "İnter"i A seriyasında "Çezena"nı 1:0 hesabı ilə məğlub edərək 4 turdan sonra ilk qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, bu qələbədən sonra komandanın baş məşqçisi Valter Matsarı rahat nəfəs alıb.
Belə ki, klubun prezidenti Erik Tohir mətbuata açıqlamasında "Sampdoriya" və "Parma" ilə oyundan sonra baş məşqçi məsələsini gözdən keçirdəcəyini deyib:
"Baş məşqçi problemini hər tərəfli analiz etmək gərəkdir. Qarşıdan gələn iki oyunun nəticəsinə baxacağıq. Ancaq mövsümün sonunda məşqçi dəyişmək heç də yaxşı deyil. Matsariyə daha bir şans vermək istəyirik".
Qeyd edək ki, VIII turdan sonra "İnter" 12 xalla 8-ci pillədə qərarlaşıb.