"Keşlə" klubunun sabiq futbolçusu Bahodir Nasimov Özbəkistan "Novbahor"unun heyətində Rusiyanın Ukraynadan zəbt etdiyi Krıma qanunsuz səfər edib.
Sportnet.az-ın məlumatına görə, Namanqan şəhəri təmsilçisi təlim-məşq toplanışı üçün bu məkanı seçib. Artıq "Novbahor" ilk yoxlama oyununu da keçirib. "TSK-Tavriya" ilə qarşılaşan Özbəkistan klubu 3:2 hesablı qələbə qazanıb. Qalib komandanın qollarından birini Nasimov vurub.
Qeyd edək ki, Bahodir Nasimov "Keşlə"dən qış fasiləsində göndərilib.