İngiltərə Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, bu mərhələnin ən intriqalı oyunu "Çelsi" və "Mançester Yunayted" arasında keçiriləcək.
İngiltərə Kuboku, 1/8 final
"Çelsi" - "Mançester Yunayted"
"Bristol Siti" -"Şrusberi" / "Vulverhempton" cütünün qalibi
"Uimbldon" - "Milluoll"
"Donkaster Rovers" - "Kristal Pelas"
"Midlsbro" / "Nyuport" cütünün qalibi - "Mançester Siti"
"Suonsi" - "Barnet" / "Brentford" cütünün qalibi
"Portsmut" - "Kuinz Park Reyncers" / "Uotford" cütünün qalibi
"Brayton" / "Vest Bromviç" cütünün qalibi - "Derbi Kaunti"
Oyunlar fevralın 15-də və 18-də keçiriləcək.
Qeyd edək ki, İngiltərə Kubokunun hazırkı sahibi "Çelsi"dir. London təmsilçisi bu mükafatı 8 dəfə qazanıb. Bu kuboku hamıdan çox isə "Arsenal" (13 dəfə) və "Mançester Yunayted" (12 dəfə) əldə edib.