
"Qəbələ" klubunun sabiq futbolçusu Deyv Bultuis Cənubi Koreyanın yüksək liqasında çıxış edən "Ulsan"a keçib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi ilə 2019-cu il mövsümünün sonunadək müqavilə bağlanılıb. Hollandiyalı oyunçunun son komandası "Herenven" olub. O, 2017-ci ilin iyulunda "Qəbələ" ilə 3 illik sözləşməyə imza atsa da, 2018-ci ilin yanvarında komandanı tərk edib.
Qeyd edək ki, "Ulsan" ikiqat Cənubi Koreya çempionu və ölkə kubokunun dördqat qalibidir. Bu komanda 2018-ci il mövsümünü bürünc medalla başa vurub.