
Topaz Premyer Liqasının XV turu çərçivəsində keçiriləcək “Keşlə” – “Səbail” matçının təyinatlarında dəyişiklik baş verib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hakimlər komitəsinin qərarına əsasən baş hakimin köməkçisi Namiq Hüseynovu Cəmil Quliyev əvəzləyib.
Qeyd edək ki, sözügedən qarşılaşma fevralın 2-də saat 19:00-da başlayacaq.