
Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümündə yeni rekord qeydə alınıb.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, “Səbail”in futbolçusu Ədilxan Qarəhmədov cari çempionatda meydana çıxan ən gənc futbolçu olub. “Sumqayıt”la XIX turun bu gün qolsuz yekunlaşan matçının gedişində o, zədə alan komanda yoldaşı Vüqar Bəybalayevi əvəzləyib. Bununla da Qarəhmədov ölkə çempionatının yüksək dəstəsində debüt edib. Onun debütü 17 yaş 268 günlüyünə təsadüf edib.
Beləliklə, mövsümün yeni rekorduna imza atan "Səbail"in oyunçusu “Sabah”ın üzvü Şakir Seyidovun göstəricisini yeniləyib. XII turun “Qarabağ”la matçında debüt edən Seyidov meydana 17 yaş 326 günlüyündə çıxıb.