FİFA 2018-ci il dünya çempionatının loqotipinin təqdimatı zamanı siyasi səhvə yol verib. Sportnet.az-ın məlumatına görə, video-çarx kimi hazırlanan təqdimatda Krım Rusiyanın bir hissəsi kimi göstərilib.
Bu, oktyabrın 28-də baş verib. Bu gün isə ali futbol qurumu səhvini anlayaraq, öz rəsmi "YouTube" akkauntundakı video-çarxı ləğv edib. Ukrayna tərəfi hələlik FİFA-nın siyasi addımına reaksiya verməyib.