AFFA İntizam Komitəsi "Neftçi" klubunu 1000 manat cərimələyib.
Sportnet.az-ın məlumatına görə, buna "Sabah" komandası ilə Azərbaycan Premyer Liqasının XIX tur matçı zamanı flaqmanın futbolçularının davranışları səbəb olub.
"Ağ-qaralar" 6 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüblər. Daha 200 manat cərimə isə Məhəmməd Mirzəbəyovun 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılması üzündən kəsilib. Futbolçunun özü isə martın 10-da "Neftçi"nin səfərdə "Sumqayıt"la keçirəcəyi oyunda iştirak etməyəcək.
Qeyd edək ki, "Neftçi" "Sabah"la görüşdə 3:0 hesabı ilə qalib gəlib.