Premyer Liqanın 20-ci turunda “Neftçi” ilə qarşılaşacaq olan “Sumqayıt” klubu hazırlıqlara start verib.
Sportnet.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında “Kapital Bank Arena”nın ehtiyat meydançasında məşqə çıxıb.
Uzun müddətdir ki, zədəli olan müdafiəçi Şəhriyar Əliyev artıq komandaya qoşulub. Bundan başqa “Sumqayıt-2”-nin üzvləri İbrahim Əliyev və Səbuhi Abdullazadə əsas heyətlə hazırlığa cəlb olunub.
1.5 saat davam edən hazırlıq prosesi əsasən toplu çalışmalar və müxtəlif taktiki gedişlər üzərində qurulub. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması 10 mart, saat 16:30-da “Kapital Bank Arena”da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.