"Neftçi” klubunun inzibati binasında qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Sportnet.az xəbər verir ki, tədbirə klub prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin, futbolçular – Ruslan Abışov, Mamadu Mboc və kollektivin digər üzvləri qatılıb. Onlar xanım əməkdaşlara və qızlardan ibarət U-13 komandasının üzvlərinə təbrik və arzularını çatdırıblar, hədiyyələr təqdim ediblər.