"Qısa danışacağam. Mənə çətindir. Futbolçularımı xarakterlərinə görə təbrik edirəm. Verilən tapşırıqları yerinə yetirdilər".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XX turunda evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
38 yaşlı mütəxəssisin sözlərinə görə, referi Rəşad Əhmədov onu texniki zonadan xətti tapdaladığı üçün kənarlaşdırıb: "Protokolda hakimliklə bağlı etirazı yazmaq işi ilə mən məşğul deyiləm. Hakim oyunun nəticəsinə təsir edib-etmədiyini siz deyə bilərsiniz".