
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun rəmzi komandası açıqlanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında "11-liy"ə "Neftçi" və "Keşlə"dən hərəyə 4, "Qəbələ"dən 2, "Zirə"dən isə 1 futbolçu düşüb.
Qapıçı: Kamal Bayramov (“Zirə”)
Müdafiəçilər: Azər Salahlı (“Keşlə”) - 3, Kiril Petrov (“Neftçi”) - 4, Mamadu Mboc (“Neftçi”), Cabir Əmirli (“Keşlə”) - 2
Yarımmüdafiəçilər: Stiven Monroz (“Qəbələ”) - 5, Valeri Kutsenko (“Keşlə”), Mamadu Kane (“Neftçi”), Namiq Ələsgərov (“Neftçi”)
Hücumçular: Conatan Ayite (“Keşlə”), Ceyms Adeniyi (“Qəbələ”) - 6
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.