
"Neftçi” Azərbaycan Premyer Liqasının XXI turunda qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, "Sumqayıt”la qarşılaşmadan sonra hazırlığa fasilə verməyən komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Rəhman Hacıyevin fərdi hazırlaşdığı hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Qeyd edək ki, martın 15-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 19:00-da başlanacaq.