Bu mövsümün əvvəlində "Fənərbağça" ilə yollarını qarşılıqlı razılıqla ayıran Kristian Baroni karyerasını ölkəsi Braziliyada davam etdirəcək. Sportnet.az-ın Braziliya mətbuatına istinadən məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi "Flamenqo" klubu ilə ilkin razılıq əldə edib.
"Flamenqo"nun futbol direktoru Felipe Ximenes "sambaçı" ilə görüşüb və tərəflər bu keçid üçün ortaq məxrəcə gəliblər. Futbolçu gələn ilin yanvar ayından etibarən bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, "Flamenqo" Baronini hələ bu yay heyətinə qatmaq istəmişdi. Lakin Kristian "Fənərbağça"dan ayrılanda Braziliyada "transfer pəncərəsi" bağlı olduğundan transfer gerçəkləşməmişdi.