
Azərbaycan Premyer Liqasının XXI turunda“Keşlə”ni 2:0 hesabı ilə yendikləri oyun “Zirə”də debütlə əlamətdar olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi Şafik Tuqruca ilk dəfə “qartallar”ın heyətində meydana çıxıb. Zirə İdman Kompleksinin stadionunda debütü rəsmiləşən Tuqruca klub tarixinə Premyer Liqadakı 70-ci futbolçu kimi düşüb.
Buna qədər Azərbaycan çempionatının yüksək dəstəsində 69 futbolçu “Zirə”nin formasını geyinmişdi. Fransalı legioner 70-ci – yubiley sırasına malik olmaqla yanaşı, həm də 35-ci əcnəbi futbolçu kimi tarixə düşüb.
Digər 35 oyunçu yerli statusa malik olanlardır. O, “Qartallar”ın formasını geyinən 4-cü fransalıdır. Tuqrucaya qədər Amadu Sanqar, Bilal Həmdi və Dilan Duventru komandamızın uğurları üçün çalışıb. Onların sonuncu ikisi cari mövsümdən “Zirə”də çıxış edir.