21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Səbail" komandası ilə yoldaşlıq görüşü keçirib.
Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib. Millinin qolunu 20-ci dəqiqədə Fərid Nəbiyev vurub. Bayıl təmsilçisindən isə 8-ci dəqiqədə Ruslan Qurbanov fərqlənib.
Bu görüşdə "Səbail"in yeni transferi Maykl Essyen debüt edib. O, meydana 67-ci dəqiqədə kapitan Rahid Əmirquliyevin əvəzinə daxil olub.