İtaliya A Seriyasında XXXI turun mərkəzi görüşü "Yuventus" və "Milan" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Turindəki "Alyans Stadium"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1. İlk qolu qonaq komandadan Kşiştof Pyontek 39-cu dəqiqədə vurub. "Yuventus" fasilədən sonra üstünlüyü ələ alıb. 60-cı dəqiqədə Paulo Dibala penaltini dəqiq yerinə yetirib. 84-cü dəqiqədə isə Moyze Ken son nəticəni müəyyənləşdirib.
Bu görüşdə Turin komandasından Kriştianu Ronaldu çıxış etməyib. Emre Can isə 25-ci dəqiqədə zədələnərək, əvəzlənib.
Beləliklə, "Yuventus" xallarını 84-ə çatdıraraq, çempionluğa doğru xeyli yaxınlaşıb. "Milan" isə 52 xalla dördüncü pillədə yer alıb. İkinci pillədəki "Napoli" 63, üçüncü yerdə gedən "İnter" 56 xala malikdir. Lakin onların hələ ehtiyatda bir oyunu var.