“Bizim üçün vacib oyun idi. Bu matça qədər olan son 7 qarşlaşmada qalib gələ bilmədik. Oyuna yaxşı başlamadıq. Lakin erkən qol buraxsaq da, ruhdan düşmədik".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Sabah"ın kapitanı Cavid İmamverdiyev klubun saytına açıqlamasında Premyer Liqanın XIII turda "Səbail"i 3:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
29 yaşlı yarımmüdafiəçi komanda üzvlərinin xarakter nümayiş etdiklərini vurğulayıb. O, bildirib ki, son oyunlarda qalib gələ bilmədiklərini nəzərə alanda, bu qələbə yerinə düşüb: "Qalibiyyətimizə qolla töhfə verdiyimə görə sevinirəm. Bu qələbə bizim üçün əla motivasiya olacaq. Qarşıdakı oyunlara daha həvəslə hazırlaşacağıq”.