 

Portuqaliya
çempionatının 2-ci Liqasında XIII turun oyunları keçirilib. Sportnet.az-ın
məlumatına görə, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası
"Atletiko" doğma arenada "Sportinq B" ilə üz-üzə gəlib.
	
	Oyun Amitin komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb. Quluzadə 58-ci
dəqiqədə meydana çıxmağa şans tapıb. O, "Bakı"nın sabiq futbolçusu
İbrahim Karqbonu əvəzləyib.
	
	Qeyd edək ki, bu matçdan sonra "Atletiko" 15 xalla turnir cədvəlinin
17-ci pilləsinə yüksəlib.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































