
Türkiyə Super Liqasının XXVIII turunda “Fənərbağça” və “Qalatasaray” komandaları üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, “Ülker” (“Şükrü Saracoğlu”) stadionunda keçirilmiş görüşdə qalib müəyyənləşməyib - 1:1.
Görüşün ilk yarısında qapılara qol vurulmayıb. Əvəzində 42-ci dəqiqədə Hasan Ali Kaldırım VAR sisteminə müraciətdən sonra birbaşa qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoyub.
66-cı dəqiqədə qonaq komandadan Henri Onyekuru hesabı açıb. Bundan 5 dəqiqə sonra Elyif Elmas bərabərlik qolunu vurub.
Bu nəticədən sonra xallarını 58-ə yüksəldən "Qalatasaray"ın "Fənərbağça" ilə derbilərdə səfər qələbəsi həsrəti 20 ilə çatıb. Hazırda "Cim-Bom" ikinci pillədədir və lider "Başakşehir"dən 5 xal geri qalır.