
"Qələbəni əldən buraxdıq. Uduzmağı haqq etmirdik. 3 xal qazanaraq, kubok oyunarına motivasiyalı çıxmaq istəyirdik. Yenə sonluq yox idi".
Sportnet.az xəbər verir ki, bunu “Sumqayıt” komandasının baş məşqçisi Ayxan Abbasov evdə “Səbail”ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis bildirib ki, komandada xarakterin olmaması fikri ilə razı deyil: "Bu gün gənc futbolçulara şans vermişdik. Xarakter barədə futbolçulara inandığımızı bildirmişdik".
Abbasov bir neçə futbolçuya aprelin 23-də yarımfinalda "Zirə" ilə qarşılaşacaqları kubok matçına görə istirahət verdiklərini bildirib: "Bu, bizim üçün önəmlidir. Bəlkə əzmkarlıq göstərərək, bu ilin ağrı-acısını unutdura bilərik".