
"Səbail" klubunun futbolçusu Kevin Kubemba səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur matçında ciddi zədələnib.
Sportnet.az xəbər verir ki, bu barədə paytaxt komandasının baş məşqçisi Aftandil Hacıyev bildirib. Onun sözlərinə görə, 26 yaşlı hücumçu uzun müddətə sıradan çıxıb. Hacıyev fransalı forvardın durumuna tibbi müayinədən sonra tam aydınlıq gələcəyini vurğulayıb.