Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi
çərçivəsində səfərdə Dortmund "Borussiya"sı ilə qarşılaşacaq
"Qalatasaray"ın baş məşqçisi Çezare Prandelli oyundan öncə keçirilən
mətbuat konfransında fikirlərini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssis
aqressiv oyun nümayiş etdirəcəklərini deyib.
Prandelli yaxşı nəticəyə ümid etdiyini bildirib: "Hər
top üçün savaşacağıq və ruhumuzu ortaya qoyub, burada yaxşı nəticə qazanmağa
çalışacağıq. Oyuna hazırlaşarkən, həmişə rəqibi necə yora biləcəyimiz haqqında
düşünürəm. Hər dəfə də bunun üzərində çalışıram. "Borussiya"
boşluqları qapada bilən bir komandadı. Bu səbəbdən də daha aqressiv olmalıyız.
Əgər boşluqlarını görə bilsək, bu onları çətin vəziyyətə salacaq".
Qeyd edək ki, İstanbul klubu evdəki ilk matçda rəqibinə 0:4 hesabı ilə məğlub olmuşdu.