"Oyunun ilk 30 dəqiqəsində yaxşı çıxış etdik. Həmin vaxt ərzində bir qol vurduq. Başqa şanslarımız da yarandı".
Sportnet.az-ın məlumatına görə, bunu İspaniya "Valensiya"sının baş məşqçisi Marselino Qarsiya Toral ölkənin digər komandası "Vilyarreal"ı 2:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
54 yaxşı mütəxəssis nəticə üçün oynadıqlarını və Daniel Parexonun vurduğu ikinci qolla hər şeyin həll olunduğunu bildirib. Toral yarımfinalda qarşılaşacaqları İngiltərə "Arsenal"ı barədə də fikirlərini bölüşüb: "Bu rəqib Çempionlar Liqasına getmək üçün mübarizə aparır. Bizi yaxşı tanıyan bir baş məşqçiləri var. Amma yarımfinalda hər şey ola bilər. Bakıdakı final haqqında danışmaq çox tezdir. "Arsenal" turnirin favoritlərindəndir və böyük komandadır. Biz də klubun 100 illiyində finalda oynamağı səbrsizliklə gözləyirik".
Qeyd edək ki, "Valensiya" ilk görüşdə "Vilyarreal"ı 3:1 hesabı ilə üstələyib. Yarımfinalda "Arsenal" - "Valensiya" və "Ayntraxt" - "Çelsi" görüşlər keçiiləcək. Bu mərhələnin ilk oyunları mayın 2-də, cavab qarşılaşmaları isə mayın 9-da olacaq. Final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. (Report)