“Qarabağ” klubu futbol üzrə Azərbaycan Premyer Liqasında ardıcıl 5-ci qələbəsi qazanmaqla mövsümün rekorduna imza atıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Ağdam komandasının XXV turda “Keşlə”ni 3:0 hesabı ilə yendiyi ev oyununa təsadüf edib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bunadək “Səbail” (2:1), “Sumqayıt” (6:0), “Qəbələ” (2:1) və “Sabah”a (3:0) qalib gəlib.
Qeyd edək ki, Ağdam təmsilçisi hazırda 57 xalla turnir cədvəlinə başçılıq edir.