
"Çətin oyun alındı. Çox vacib qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi”nin futbolçusu Namik Ələskərov səfərdə "Sabah” komandasına 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.
Hər iki qolun müəllifi olan 24 yaşlı yarımmüdafiəçi azarkeşlərin də dəstəyi ilə istəklərinə nail olacaqlarını bildirib: "Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdir. Həm 3 xal qazandığımız, həm də bu qələbədə pay sahibi olduğum üçün çox sevincliyəm. Bunda azarkeşlərimizin də rolu böyükdür. Onlara təşəkkür edirəm. Növbəti oyunlara da maksimum nəticə üçün çıxacağıq. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə istəyimizə nail olacağıq”.