
Madridin "Real”
klubunun futbolçusu Kriştiano Ronaldonun hiyləsi üzə çıxıb. Sportnet.az-ın məlumatına
görə, futbolçu maraqlı hərəkəti ilə obyektivlərə düşüb.
Futbolçunun
oyundan öncə komanda yoldaşları ilə çəkdirdiyi şəkillərdə hiylə etdiyi görünüb.
Belə ki, Ronaldo şəkil çəkilən zaman barmaqlarının ucuna qalxaraq daha hündür
görsənməyə çalışıb. Uzun müddətdi komanda yoldaşlarından hündür görsənmək istəyən
futbolçunun bu hərəkəti "Liverpul”, "Bazel” və "Şalke” oyunlarında da kameralara
düşüb.
Qeyd edək ki, 1.85 sm boya malik futbolçu bu hiyləsi sayəsində 1.88 sm boyu olan Pepedən də hündür görsənir.








