
Təlim-məşq toplanışını Qəbələdə davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik baş verib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki. “Keşlə” klubundan dəvət edilən Əkbər Vəliyev zədələndiyi üçün hazırlıq prosesindən kənarlaşdırılıb. Əvəzində Veysəl Rzayev (“Qəbələ”) toplanışa dəvət olunub.