UEFA Çempionlar Liqasında 2018-2019 mövsümünün ən yaxşı qolu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin yarımfinal mərhələsinin ilk oyununda İngiltərə "Liverpul"una cərimə zərbəsindən vurduğu qol mövsümün ən yaxşısı seçilib.
Qeyd edək ki, qarşılaşma Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşsa da, mersisaydlılar cavab oyununda rəqib qapısından 4 cavabsız top keçirərək finala yüksəlib. "Liverpul" finalda İngiltərənin digər təmsilçisi "Tottenhem"i 2:0 hesabı ilə məğlub edərək 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.