Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Sportnet.az xəbər verir ki, komanda Belarusun müvafiq yaş qrupuna aid kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu Tural Vəlizadə penalti zərbəsindən vurub.