
“Neftçi” PFK-nın II “Neftçili Yay” futbol düşərgəsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, “ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə məktəblilər arasında baş tutan tədbirdə səhər proqramından sonra mükafatlandırma mərasimi keçirilib. Uşaqlara sertifikatları və hədiyyələri “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov, “ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabbarova, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli, onun müavini Cahangir Hacıyev təqdim ediblər.
Qeyd edək ki, II “Neftçili Yay” futbol düşərgəsinə iyunun 17-də start verilmişdi.