
Avropa Liqasında çıxış edəcək "Səbail" komandası Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirir.
"Sportnet.az xəbər verir ki, Aftandil Hacıyevin baş məşqçilik etdiyi kollektiv hazırlıq çərçivəsində 3-cü yoxlama görüşünə çıxacaq. Paytaxt klubu Rumıniyanın "Klinçeni" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Səbail" daha öncə Bolqarıstanın "Lokomotiv" (0:1) və "Beroe" (0:4) komandalarına məğlub olub.