"Yaxşı oyun, hesaba baxmayaraq, istədiyimiz çox şey alındı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışında Çexiya "Viktoriya"sı ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında söyləyib. 47 yaşlı mütəxəssis bildirib ki, ikinci hissədə etdikləri çoxlu dəyişiklik nəticəsində oyunun balansı bir az pozulub.
"Son matçımız idi, hər oyundan-oyuna daha da yaxşı performans göstərdik" deyən Qurbanov 2 günlük istirahətin ardından Albaniya "Partizani"si ilə Çempionlar Liqası qarşılaşmalarının hazırlıqlarına başlayacaqlarını əlavə edib.