
“Sumqayıt" Futbol Klubu və “Şeh Group” MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmə bir il müddətinə qüvvədə olacaq. "Kapital Bank Arena”nın Konfrans zalında baş tutan tədbirdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev və “Şeh Group”un təsisçiləri Kərim Əliyev ilə Səbinə Abas-zadə iştirak ediblər.
Müqavilə imzalandıqdan sonra “Şeh Group”un rəhbərliyinə xatirə olaraq "Sumqayıt"ın oyun geyimi hədiyyə olunub. Bundan başqa, qonaqlar "Kapital Bank Arena" və yeni inşa olunmuş stadionlarla yaxından tanış olub.