
Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya Rusiyanın “Rubin” klubuna keçib.
Sportnet.az xəbər verir ki, Kazan təmsilçisi bu barədə “Twitter” hesabında məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmır.
Kvaratsxeliya ötən mövsümün ikinci yarısını icarə əsasında Rusiya “Lokomotiv”ində keçirib. Onun Gürcüstanın “Rustavi” klubu ilə də müqaviləsinin müddəti başa çatdığını üçün “Rubin”ə azad agent statusu ilə gəlib.
Qeyd edək ki, Badri Kvaratsxeliya futbolçu karyerası ərzində "Şəmkir" və "Kəpəz" komandalarında çıxış edib. O, 1999-2000 mösümündə "Şəmkir"in heyətində 16 qolla Azərbaycan çempionatının bombardiri olub. Kvaratsxeliya həmçinin 3 dəfə Azərbaycan millisinin formasını geyinib.