
“Səbail” klubu heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az-ın məlumata görə, “dənizçilər” Mirsahib Abbasovla anlaşıblar. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. Onun adı Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya təmsilçisi “Universitatya” ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.
“Səbail” yay fasiləsində Abbasovun kiçik qardaşı Mirabdulla Abbasovu “Neftçi”dən icarəyə götürüb.
Qeyd edək ki, Mirsahib Abbasov ötən mövsüm “Zirə”də çıxış edib. O, daha əvvəl “Keşlə”nin də formasını geyinib.