Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq prosesinin ikinci gününü arxada qoyub. Komandamız günü iki məşqlə yekunlaşdırıb.
Sportnet.az xəbər verir ki, günün birinci yarısında futbolçular fitness çalışmaları yerinə yetiriblər. Günün ikinci yarısında isə komanda toplu və topsuz çalışmalar gerçəkləşdirib.
Bərpa prosesi keçən Rasim Ramaldanov komandadan ayrı məşq edib.