
"Keşlə" yay fasiləsində daha iki futbolçunun keçidini rəsmiləşdirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçi cihan müdafiəçiləri - İlkin Qırtımov və Emin Mehdiyevlə anlaşıb. Hər iki futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ili əhatə edir.
Qeyd edək ki, "Keşlə" bunadək Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov və Stanislav Namaşko ilə müqavilə bağlayıb.