“Qəbələ” komandası Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışının doqquzuncu gününü arxada qoyub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv günü iki məşqlə yekunlaşdırıb. Komanda hər iki məşq zamanı toplu və topsuz çalışmaları yerinə yetirib.
Zədəsini sağaltdıqdan sonra bərpa prosesini başa vuran Davit Volkov komandaya qoşularaq, kollektiv çalışmalarda iştirak edib.